ABŞ Prezidenti Cozef Bayden və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
İki prezidentin telefon danışığının təfərrüatları hələlik açıqlanmayıb.
Eyni zamanda bildirilib ki, danışıqlar ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin mümkün elanından əvvəl baş tutub, bu, xüsusən 4 HIMARS reaktiv yaylım atəş sisteminin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini nəzərdə tutur.
Bizim.Media