Rusiyalı hərbçilər Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu saxlayıb və onu naməlum istiqamətdə aparıblar.
Bizim.Media “Unian”a istinadən xəbər verir ki, bu barədə “Energoatom” şirkətinin rəhbəri Petr Kotin məlumat verib.
Hadisənin sentyabrın 30-u baş verdiyi bildirilir.
Onun sözlərinə görə, Muraşov stansiyadan Enerqodar şəhərinə gedərkən yolda rusiyalı hərbçilər tərəfindən saxlanılıb:
“Muraşovun gözlərini bağlayıb naməlum istiqamətdə aparıblar”.
Hələlik onun taleyi barədə digər detallar məlum deyil.
Bizim.Media