"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır".
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.
Eyni zamanda qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir.
Bizim.Media