Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsi bildirib.
“Prezident Emmanuel Makronun Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi səfir Bris Rokföy bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, - XİN rəsmisi bildirib.
Bizim.Media