Pakistanın Şimali Vəziristan bölgəsində terrorçularla təhlükəsizlik qüvvələri arasında yaşanan qarşıdurmada, ikisi qadın olmaqla 5 terrorçu öldürülüb.
Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Birliyindən (ISPR) verilən açıqlamada, terrorçuların Şimali Vəziristanın Mir Əli və Kaysur kəndlərində gizləndikləri barədə məlumat alan təhlükəsizlik qüvvələrinin ərazidə əməliyyat keçirdiyi bildirildi.
Açıqlamada toqquşmalarda 2-si qadın olmaqla 5 terrorçunun zərərsizləşdirildiyi, 2 terrorçunun isə qruplaşmada lider mövqeyində olduqları ifadə edildi.
Terrorçuların Pakistan Talibanına (TTP) mənsub olduğu bildirilib.
2014-cü ildən bu yana TTP-yə qarşı aparılan hərbi əməliyyatlarda 5000-dən çox terrorçu öldürülüb, hava hücumları, toqquşmalar və mina partlayışları nəticəsində 700-dən çox Pakistan əsgəri isə həyatını itirib.
Bizim.Media