“Azərbaycan ABŞ-a sanksiya tətbiq edə bilər” — Elman Nəsirov

“Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri regionda onsuz da kövrək olan sülh prosesinə, təhlükəsizlik mühitinə son dərəcə ciddi zərbə oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, xanım Pelosi açıq şəkildə, aydın mətnlə Azərbaycanı hədələdi:

“O, Azərbaycanın Ermənistan ərazisinə “müdaxilə” etdiyini, “təcavüzkar” olduğunu bəyan etdi.

Bu davranışı ilə tamamilə qərəzli, tamamilə ermənipərəst mövqedə olduğunu, əslində Birləşmiş Ştatların güclü erməni lobbi və diasporunun əlində bir alətə çevrildiyini növbəti dəfə isbatlamış oldu. Hətta özü ilə gələn nümayəndə heyətinin üzvləri də ermənipərəst konqresmenlər idi.

Elə bu səbəbdən də söyləyirdi ki, biz Ermənistana, təxminən ABŞ-ın Merilend ştatı boyda olan əraziyə dost kimi, həm də bir ailə üzvü kimi gəlmişik. Bunun xüsusi vurğulamaq istəyirəm ki, o, həm də qeyd etdi ki, Merilend ştatı boyda olan Ermənistan dörd tərəfdən sıxılmaqdadır.
O, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və çox qəribədir ki, İranın da adını çəkir ki, guya 4 istiqamətdə Ermənistana təzyiq var. Halbuki, İran bütün mənalarda Ermənistanı dəstəkləyir, hətta bunu gizlətmir və bunu açıq şəkildə ifadə edir. Xanım Pelosi görünür nələrinsə yerini səhv salıb.

Yəqin, yaş da özünü göstərir. Artıq yaşı 80-i ötmüş bir xanım görünür ki, ya bilərəkdən, ya da ki, yaşı ilə bağlı belə səhvlərə yol verir. Xanım Pelosinin səfəri ilə paralel şəkildə biz ABŞ Konqresində olan “Ermənistanın Avropa dostları”  qrupunun son dərəcə fəallaşdığına şahidlik edirik”.

Millət vəkili onu da əlavə edib ki, ermənipərəst konqresmenlər artıq Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətiriblər və hər şeydə Azərbaycanın ittiham edirlər:

“Çox təəssüf ki, 30 il ərzində Ermənistan torpaqlarımızı işğalda saxladı və bir dəfə həmin konqresmenlərin səsi çıxmadı. Özləri isə haqq-ədalətdən, beynəlxalq hüquqdan danışırlar.

Əvvəla, ermənipərəst konqresmenlərin Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə bağlı hədələri əslində onu göstərir ki, bu konqresmenlər üçün Birləşmiş Ştatların qlobal maraqları deyil, dar erməni maraqları hər şeydən üstündür.

Qarşıdan noyabrda gələn parlament seçkilərində də varlı ermənilərin dəstəyinə nail olmaq üçün beləcə ermənidən çox erməni olmaq həvəsinə düşüblər və bu sahədə əməlli-başlı yarış gedir. Xanım Pelosi də həmin yarışın önündə gedən şəxsdir.
Doğurdan da, ermənipərəst konqresmenlərin dəstəyi sahəsində Azərbaycana qarşı sanksiya tətbiq edilsə, bu ilk növbədə  Birləşmiş Ştatlarının milli dövlətçilik maraqlarına, strateji maraqlarına çox güclü zərbə olacaq”.

“Birləşmiş Ştatlar çox gözəl fərqindədir ki, Azərbaycan hansı coğrafiyada yerləşir. Həmin coğrafiyada Azərbaycanın qonşuluğunda olan dövlətlərlə Birləşmiş Ştatların hansı gərgin münasibətlərdə olduğu da heç kəsə sirr deyil. Həm də onu da unutmayaq ki, Azərbaycan və Birləşmiş Ştatlar strateji tərəfdaşdırlar.

Görünür ki, yeni konqresmen və senator olmaq istəyi, yenə də varl-imkanlı erməni lobbisi və diasporundan pul alıb parlamentə düşmək istəyi o qədər yüksək səviyyədədir ki, ABŞ-ın milli maraqları bunun fonunda kölgədə qalır. Onu da həmin konqresmenlər unutmasınlar ki, beynəlxalq birliyin subyekti kimi Azərbaycan və ABŞ eyni hüquqlara malikdir.
Birləşmiş Ştatlar fövqəl dövlət olsa da belə, hər halda unutmasınlar ki, demokratiyadan insan haqlarından, sülhdən, beynəlxalq hüquqdan danışan rəsmi Vaşinqton fərqində olmalıdır ki, dünya nizamında  və beynəlxalq münasibətlər sistemində Azərbaycanın da bərabər hüquqları var”, - deyə deputat qeyd edib.

E.Nəsirov qeyd edib ki, Azərbaycana qarşı sanksiya tətbiqi ölkəmizi analoji addımlar atmağa vadar edə bilər:

“Buna görə də, bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək. Eyni zamanda, Birləşmiş Ştatların regional siyasətində çox ciddi çatlar əmələ gələ bilər, çox ciddi dəyişiklər əmələ gələ bilər. Həmçinin, Azərbaycanın öz strateji tərəfdaşlara münasibətdə fərqli xətt seçməsinə, fərqli yanaşma ortaya qoymasına bais ola bilər və bunun üçün səbəblər yaratmış olar”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib - FOTO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Ceyhun Bayramov: "Azərbaycan Rusiya-Ukrayna münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır" - VİDEO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

Sanksiya PARADOKSU – Avropa İttifaqı iqtisadi maraqlara görə prinsiplərini necə QURBAN VERİR?

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

"Mediada Azərbaycan dili" mövzusunda keçirilən təlim proqramı uğurla yekunlaşdı – FOTO

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Sakit Okeanı üç günə üzüb keçdi, kiçik göldə boğuldu – Alimin SSRİ-dən qeyri-adi qaçış hekayəsi

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

II və III ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər 400 bal topladı – ADLAR

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

SON DƏQİQƏ! II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi AÇIQLANDI

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Bakıda narkotiklə bağlı 199 fakt aşkarlandı: 161 nəfər saxlanıldı – VİDEO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Rusiyaya bir sıra istiqamətlər üzrə aviareyslər bərpa oluna bilər – RƏSMİ - VİDEO

Sadiq Xan Lord OLACAQ

Sadiq Xan Lord OLACAQ

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Kondisionerin ömrünü uzadan sadə qayda: "3 dəqiqə" nədir?

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı AÇIQLAMA – VİDEO

Üç BÜRC üçün qızıl dövr başladı

Üç BÜRC üçün qızıl dövr başladı

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

End of content

No more pages to load

RADİO