Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda keçiriləcək "Qarabağ" - "Nant" (Fransa) matçının video-köməkçi hakimləri (VAR) açıqlanıb.
Bizim.Media xəbər verir ki, VAR sisteminə İtaliyadan olan hakimlər nəzarət edəcəklər. Bunlar 38 yaşlı Luka Payretto və onun 45 yaşlı köməkçisi Cakomo Paqanessidir.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
"Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.
Bizim.Media