Yaponiya Xarici İşlər Nazirliyi Saxalin vilayətində yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasına görə Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrəvi çağırıb.
Bizim.Media xəbər verir ki, Yaponiya tərəfi vətəndaşının saxlanılması ilə bağlı indiyədək heç bir izahat almadığını bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş müxbiri Yaponiyanın xüsusi xidmət orqanlarından biri üçün casusluqda şübhəli bilinir.
Bizim.Media