Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan F.Qayıbov son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.
Görüşdə paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və Dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.
Təəssüratları dinləyən nazir təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Bizim.Media