Ceyhun Əliyevdən "Qarabağ"ın ilk oyununu DƏYƏRLƏNDİRMƏ: "Qrupdan çıxmayacağıq”

“Frayburq”-“Qarabağ” oyunundan sonra həmişə olduğu kimi, müxtəlif mülahizələr və tənqidi yanaşmlar sərgilənsə də reallıq bi idi: - Komandamız turnirə uğursuz başladı. Elə matçın ilk 15 dəqiqəsi də “Qarabağ” üçün çox uğursuz oldu. Uğursuzluq Toral Bayramov üçün də eyni paraleldə dayanmışdı.

““Qarabağ”ın səviyyəli məğlubiyyəti” kimi adalndırılan bu oyunları əvvəllər də görmüşdük. İndi bir boy böyümək lazım idi ki, tullandığımız hündürlük “boyumuza uyğundur” deməsinlər. 
Biz də boyumuzdan hündür tullanmamaq üçün, ya da bir boy daha böyümək üçün dünənki “səviyyəli məğlubiyyəti” işin bilicisi, idman şərhçisi Ceyhun Əliyevlə çözdük:

- Ceyhun müəllim, öncəliklə matça bir dəyərləndirmə aparaq, "Qarabağ" oyuna necə başladı?

- Təəssüf ki, ağdamlılar start həyəcanını boğa bilmədi. “Frayburq” isə tam əksinə, daha zəngin avrokubok təcrübəsi olan Azərbaycan çempionunun müdafiə redutlarını asanlıqla yarırdı. Açığı, Qurban Qurbanovun komandasının belə həyəcanlı olması mənim üçün gözlənilməz oldu. Bəli, rəqib Bundesliqanın lideridir, amma çempionumuz bundan da əzəmətli rəqiblərlə çox oynayıb axı. Yalnız 15 dəqiqəyə vurulan 2 qoldan sonra təmsilçimiz o “duz yükü”nü üzərindən ata bildi.
 

MÖVZU İLƏ BAĞLI:

“Çexlər bu gün “Qarabağ”ın oyununu dağıdacaqlar” – İdman eksperti Ceyhun Əliyevdən XƏBƏRDARLIQ


- Turnirdən əvvəl “Qarabağ” ən parlaq oyunçularından biri İbrahim Vadji transfer hüququndan faydalandı. Necə gördünüz, bu oyunda komanda onun yerini doldura bildimi?

- Təəssüf ki, belə mötəbər turnir öncəsi Vadji komandanı tərk etdi. Daha üzücü isə budur ki, onun əvəzinə heç kim alınmadı. Kvabena Ovusu pis futbolçu deyil, amma o, “Qarabağ”ın “1-ci skripkası” olmaq səviyyəsində deyil. Məlum olduğu kimi də, qrup mərhələsinə artıq yeni oyunçu sifariş vermək olmaz. Təki məhz bu boşluq qrupun taleyini müəyyənləşdirməkdə həlledici rol oynamasın.

- Komandamıza hakimin basqısı vardımı?

- Məncə, hakim basqısı deyil bu, hakim hazırlıqsızlığıdı. Rəqibin Almaniya təmsilçisi olması referini təzyiq altında saxladı. Elə aşkar penalti epizoduna göz yummasında da hansısa siyasi çalar axtarmaq lazım deyil.

- İki hissənin sonunda hansı qənaətə gəldiniz, oyunun ədalətli nəticəsi necə olmalı idi?

- Hesab edirəm ki, meydan sahibləri qələbəyə layiq idi və heç bir halda xal itirməyəcəkdilər. Açıq danışmaq lazımdı, “Frayburq” “turbo mühərriki”ndən istifadə etmədi, buna zərurət duymadı.

Əlbəttə, yalandan “palaza bürün, ellə sürün” misalına uyğun mən də “çempionumuz qələbəyə layiq idi” deyib özümü “yaxşı oğlan” obrazında göstərə bilərdim. Ancaq reallığı sən  danışmasan, mən danışmasam, o danışmasa, vallah, inkişaf etməyəcəyik.
- Qrupumuzda dünənki oyunların nəticəsinə görə vəziyyəti necə dəyərləndirirsiniz?

- İlk turun nəticələri mənim üçün təəccüblü deyil. “Böyük beşlik” ölkələri təmsilçiləri evdə qələbə qazanmasın, neyləsin? Əsas Bakıdakı oyunlarda maksimum xal toplamaqdı, bir də 3-cü yer uğrunda əsas rəqib saydığım “Olimpiakos”dan çalışıb 4 xal qoparmaqdı.

Biz hadisələrə real yanaşmalıyıq. “Qarabağ” qrup 3-cüsü olsa və bununla da Konfrans Liqasının pley-offuna vəsiqə əldə edə bilsə, bu, yetərincə uğurlu nəticə sayılmalıdır. Çünki klub rəhbərliyi daha ali məqsədlər üçün daha çox vəsait yatırmalıdır.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış model indi çörək satır - FOTO

Tanınmış model indi çörək satır - FOTO

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

End of content

No more pages to load

RADİO