İran parlamentinin sədri Qalibafın istefası ilə bağlı xəbərlər yalandır.
Bizim.Media İRNA-ya istinadla xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidməti məlumat yayıb.
"Bu cür şayiələrin yayılması ictimai rəyi çaşdırmaq məqsədi daşıyır", - bəyanatda deyilir.
Qeyd olunub ki, parlament sədri Qalibaf danışıqlar heyətinə rəhbərlik etməyə davam edir və ABŞ nümayəndələri ilə yeni görüşün hələ planlaşdırılmadığı bildirilir.
Bizim.Media