Rusiyada benzin qiymətlərində növbəti artım qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq Əmtəə-Birjasının məlumatına görə, Aİ-95 markalı benzin son bir həftədə 1,57 faiz bahalaşaraq bir ton üçün 71 448 rubl səviyyəsinə yüksəlib.
Aİ-92 markalı benzin də bahalaşıb. Bu yanacaq növünün qiyməti eyni dövrdə 0,59 faiz artaraq 65 904 rubl təşkil edib.
Ekspertlər qiymət artımının əsas səbəbi kimi neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları göstərirlər. (musavat.com)
Bizim.Media