"Qrasshopper"də çıxış edən millimizin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
Millimizin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Vulverhempton"dan "Qrasshopper"ə keçib.
Bizim.Media