Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində və ölkənin bir sıra digər bölgələrində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Küçələri sel suları basıb, avtomobillər su altında qalıb, metro stansiyalarından biri isə su ilə dolub.
Bizim.Media xəbər verir ki, İstanbul valiliyinin rəsmi məlumatına görə, şəhərdə 1277 su basması və 15 torpaq sürüşməsi hadisəsi qeydə alınıb.
Bundan başqa, 47 nəfər suyun əhatəsində qalaraq təxliyə edilməsini tələb edib.
Ən intensiv yağıntı Beykoz rayonunun Ömərli ərazisində qeydə alınıb. Burada hər kvadratmetrə 193,84 kiloqram yağıntı düşüb.
Güclü su axınları bəzi ərazilərdə insanların hərəkətini çətinləşdirib, avtomobilləri sel suları altında qoyub. Hadisələrin fəsadlarının aradan qaldırılması və təhlükəli ərazilərdə qalan insanların təxliyəsi istiqamətində tədbirlər görülür.
Bizim.Media