Göygöldə Avropa Kuboku keçiriləcək - Azərbaycanda İLK

Azərbaycanda ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək. Ölkəmiz ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. 

Bizim.Media xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Bakının indiyədək Dünya çempionatı, Böyük Dəbilqə, Qran Pri və digər yarışları ev sahibliyi etdiyini xatırladıb. Növbəti belə yarış bu il 4 - 6 noyabrda keçiriləcək Böyük Dəbilqə olacaq.

Lakin onun sözlərinə görə, indiyədək Beynəlxalq Cüdo Federasiyası (IJF) və EJU-nun rəsmi təqviminə daxil olan və Azərbaycanda keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib:

"Avropa Kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın regionlarda cüdonun kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaq”.

Baş katib həmçinin Avropa Kubokunun yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, yarış bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 8 - 10 mayda beynəlxalq təlim-məşq toplanışı da təşkil ediləcək. 

ACF növbəti illərdə Göygöl Avropa Kubokunun ənənəvi şəkildə təşkil edilməsi, həmçinin gənclər arasında da Avropa Kuboku yarışının Azərbaycanda təşkil edilməsi üçün EJU ilə əməkdaşlığını davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO

Prezidentin adından AQEM-in Zirvə Görüşü iştirakçılarının şərəfinə şam yeməyi verildi - FOTO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

İstanbul selə TƏSLİM OLDU: Metronu su basdı, insanlar təxliyə gözlədi - VİDEO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Bu ölkədə polislər Lamborghini sürəcək - 920 at güclü - FOTO

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Atasını öldürən Ayxanın ittihamı yüngülləşdirildi

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Emoməli Rəhmon İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Elvinin matçı yarımçıq dayandırıldı

Elvinin matçı yarımçıq dayandırıldı

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Tehran-İstanbul təyyarəsi Təbrizdə məcburi eniş etdi

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Özəl klinikada nəticədən narazı qaldınızsa, pulunuzu belə geri alın

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

Antarktidada qarın əriməsinin səbəbi pinqvinlər imiş - MARAQLI

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağıldı - FOTO

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağıldı - FOTO

Saxlanılan yaponiyalı jurnalistə görə Tokio Moskvadan izahat TƏLƏB ETDİ

Saxlanılan yaponiyalı jurnalistə görə Tokio Moskvadan izahat TƏLƏB ETDİ

Çexiya - Azərbaycan oyununun hakimləri AÇIQLANDI

Çexiya - Azərbaycan oyununun hakimləri AÇIQLANDI

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Murat Boz İstanbulda sel sularında köməksiz qaldı – Yardım istədi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Zelenski Trampın müşavirlərini ittiham etdi - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO

İlham Əliyev Mirziyoyevlə strateji tərəfdaşlığı müzakirə etdi - FOTO/VİDEO - YENİLƏNİB

İlham Əliyev Mirziyoyevlə strateji tərəfdaşlığı müzakirə etdi - FOTO/VİDEO - YENİLƏNİB

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

İstanbulda dərslər distant formada KEÇİRİLƏCƏK

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Premyer Liqanın ƏN YAXŞISI seçildi

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Ukrayna Rusiyanın iki neft emalı zavoduna hücum edib

Navai HƏBS EDİLDİ

Navai HƏBS EDİLDİ

Kənd yumurtası BAHALAŞDI

Kənd yumurtası BAHALAŞDI

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi - FOTO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Bolqarıstanda “Starlink”ə məxsus ötürücülər yandırıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

End of content

No more pages to load

RADİO