Ceyhun Bayramov ispaniyalı nazirlə MÜZAKİRƏLƏR APARDI - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, 

Ceyhun Bayramov ölkələrimiz arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir, bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan İspaniya ilə anlaşma memorandumu imzaladı - FOTO


Ölkələrimiz arasında əməkdaşlıq üçün turizmin böyük əhəmiyyətə malik olduğu xüsusilə qeyd edilib. Post-münaqişə dövründə sülh quruculuğu tədbirləri, Azərbaycanın həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verən nazir, işğaldan azad edilmiş ərazilərdə mədən sənayesi, kənd təsərrüfatı, turizm və alternativ enerji resurslarının inkişaf etdirilməsi üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Maria Reyes Maroto Azərbaycan xarici işlər nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadiyyat, ticarət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğunu, qarşılıqlı sərmayələrin əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İqtisadi münasibətlərin şaxələndirilməsində, post-pandemiya dövründə əməkdaşlıqda, müharibədən sonra bölgəyə sərmayələrin qoyuluşunda maraqlı olduqlarını qeyd edib.

İspaniyanın mülki quruculuq, tikinti və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində geniş imkanlara malik olduğu və bu sahədə Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduqlarını vurğulayıb.
Daha sonra, elm və təhsil sahəsində mübadilələri, təhsil institutları və universitetlər arasında əməkdaşlıq məsələləri ətrafında, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ömər Eldarov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

“Araz Naxçıvan” stadion problemi ilə üzləşib

Günün qəhrəmanlarının FOTOLARI

Günün qəhrəmanlarının FOTOLARI

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

ADNSU gənc alimləri işə dəvət edir – 3500 manatadək maaş TƏKLİFİ - FOTO

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

Azərbaycan Kubokunun final matçı bu tarixdə keçiriləcək

“ASAN asan yaranmadı” - Osman Gündüz

“ASAN asan yaranmadı” - Osman Gündüz

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

End of content

No more pages to load

RADİO