“Türk dünyasının şərq sərhədləri Türkmənistan vasitəsi ilə açılır” - Zaur Məmmədov

“İki ölkə arasında bu gün imzalanan memorandum tarixi əhəmiyyət daşıyır. Uzun illər idi ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq Xəzər dənizində mübahisə doğururdu. 2000-ci illərdən başlayaraq vəziyyət dəyişdi və münasibətlərdə qarşılıqlı səfərlər intensivləşdi. Nəticədə memorandumun imzalanmasının şahidi olduq.”

Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov dedi. 

Əlavə etdi ki, sənəd nəinki Azərbaycan və Türkiyə, ümumilikdə regionun geoiqtisadi vəziyyətinə təsir edəcək. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkmənistan Xəzərlə bağlı memorandum imzaladı - TAM MƏTN


“Bu, regionda yeni geoiqtisadi strategiyanın əsasını qoyan hüquqi sənəddir. Yaxın vaxtlarda artıq xarici investorların da yatağa cəlb olunması ilə enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqlinin şahidi ola bilərik. Yəqin ki, bununla bağlı böyük layihə hazırlanacaq. Hər bir halda bu, tarixi əhəmiyyətli hadisədir. Sənəd Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir”.

Prezident İlham Əliyevin prinsipial siyasəti nəticəsində Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafından bəhs edən politoloq iki ölkə arasında ticarət və yükdaşımaların da artdığını qeyd etdi. 

Zaur Məmmədov əldə olunan anlaşma və inkişaf tempində qarşılıqlı səfərləri xüsusi vurğuladı. 

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008, 2018 və 2019-cu illərdə Türkmənistanda səfərdə olub. Bununla yanaşı 2008, 2010, 2015, 2017, 2019 və 2020-ci illərdə Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərini də unutmaq olmaz.

Azərbaycanın Əfqanıstan, Pakistan, Özbəkistan və Türkmənistanla əməkdaşlıq üçün böyük işlər gördüyünü də diqqətə çatdıran Zaur Məmmədov bildirdi ki, nəticədə Azərbaycan həm Xəzər dənizinin qərb, həm də şərqindəki mühüm layihələrin iştirakçısı olur. İqtisadi əməkdaşlıq siyasi əlaqələrin də güclənməsinə şərait yaradacaq.

 

MÖVZU İLƏ BAĞLI:

«Bu sənəd yeni səhifə açır» - Prezident


“Eyni zamanda sənəd Türkmənistanın türk dünyası ilə daha sıx mədəni, siyasi-iqtisadi əməkdaşlığına gətirib çıxaracaq. Həm Azərbaycan, həm də Türkiyə üçün türk dünyasının şərq sərhədləri Türkmənistan vasitəsi ilə açılır. Beləliklə, 44 günlük savaşdan sonra Naxçıvandan keçməklə qədim torpağımız olan Zəngəzur vasitəsi ilə Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında quru sərhədlərin bərpa olunduğunu görürük. Bununla da türk dünyası birləşir”,- deyə politoloq fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

Sabahın HAVASI: 39 dərəcə isti olacaq

End of content

No more pages to load

RADİO