İspaniya millisinin və İngiltərənin "Totenhem" klubunun futbolçusu Serxio Reqilon Madrid "Atletiko"suna icarəyə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Atletiko"nun rəsmi saytında məlumat yerləşdirilib.
"Atletiko"nun əzəli rəqibi "Real Madrid"in yetirməsi olan 25 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu "Totenhem"də iki mövsüm ərzində 67 oyuna 2 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizim.Media