"Kəpəz" futbol üzrə Azərbaycan Premyer Liqasında ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.
Bizim.Media Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Gəncə şəhər stadionu çempionat matçlarını keçirməyə hazır olmadığı üçün bölgə klubu növbəti bildirişədək rəqiblərini Qəbələdə qəbul edəcək.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqadakı ilk ev oyununu "Dalğa Arena"da "Zirə"yə qarşı keçirib və 1:2 hesabı ilə uduzub.
Bizim.Media