Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: “Evlilik əzrail kimi bir şeydir, harada tutdu, aparacaq” – MÜSAHİBƏ/FOTO 

“Best Model of the World -2019”, “Best Model of Azərbaycan-2019” və “Mister Grand Azerbaijan-2018" milli model müsabiqələrinin qalibi Nuru Əhmədovun Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

- Məşhur müsabiqələrin qalibi olduqdan sonra Nurunun nə üzünü görə bilirik, nə də ki səsini eşidirik. Haralardasan?

- 2019-cu ildə “Best Model of the World” model müsabiqəsinin qalibi olduqdan sonra dekabr ayında Bakıya ailəmin yanına qayıtdım. Sonra pandemiya başladı. O zaman aktyorluq ixtisası üzrə təhsil almaq üçün Türkiyəyə gedəcəkdim. Amma uçuşlar dayandı. Vəziyyətlə maraqlandım. Bir ara yenidən uçuşlar bərpa olundu. Amma təhsil alacağım yerlər bağlı qaldığından Bakıda qalmağa qərar verdim.

Sonra İkinci Qarabağ müharibəsi başlandı. Bu ərəfədə də hamı kimi mən də Vətənimin yanında olmaq istədim. Çağırış gələcəksə, biz də gedəcəyik. Müharibə bitdi, 15 gündən sonra Türkiyəyə yollandım.
- Aktyorluq dərslərinə başlamısan. Demək sən də bir çox həmkarların kimi modellikdən uzaqlaşıb, aktyorluq sənətinə baş vurmusan?

- Doğrudur. Amma Türkiyədə aktyorluğa baş vurmaq üçün əvvəlcə türk dilini mükəmməl öyrənməlisən. Bunun üçün də türk dili kurslarına yazıldım. Türk dili dilimizə yaxındır, amma incəlikləri çoxdur. Sərbəst danışmalısan, çünki orada hər hansısa filmə və ya seriala çəkiləndə səsi dublyaj etmirlər. Gərək aktyor öz rolunu oynadığı kimi, özü də öz səsini səsləndirsin. Müəllimim Serkan Atarla başladım, “temel oyunculuq”, “temel diksiyon” dərslərinə. Altı ay dərs aldım. Ödənişi özüm etdim. Bir dərsin qiyməti 50 dollar idi.


- Azərbaycanda “Avroviziya” təmsilçimiz müğənni Samirə Əfəndi ilə məşhur şokoladın reklamına çəkildin. Bildiyim qədəri ilə Türkiyədə də bir sıra məhsulların reklam üzünü bəzəmisən.

- Azərbaycanda çəkildiyim sözügedən şokalad reklamı uğurlu olduğu kimi, Türkiyədə də çəkildiyim bir sıra markaların reklamı mənə müvəffəqiyyət gətirdi. Belə ki, “ABC” yuyucu vasitələrinin reklamına çəkildim. Həmin reklam çarxına çəkilmək üçün 20 min insanın qatıldığı kastinqdə iştirak etdim.

O insanların içindən 500 nəfər seçildi. Sonra mən də olmaqla, 10 nəfəri çağırdılar. Sonra on nəfərdən iki nəfər qaldıq. Mənim saçım qısa, digər modelin isə saçı uzun idi. Saçını kəsdirməyə razılaşmadı. Saçımın qısa olmasına görə, həmin reklama məni seçdilər. O ərəfədə heç “ABC”nin reklamı yayımlanmadı.
“Finish” yuyucu vasitələrinin kastinqindən keçdim. Orada yardımçı rolda oynayırdım. Heç bilmirdim ki, baş rolda Kıvanç Tatlıtuğla çəkiləcəyəm. Bunu da çəkimlərdə gördüm. Çəkiliş Adana şəhərində oldu. Kıvançla yaxından tanış oldum. Orada verilən rolların öhdəsindən gəldim. Onlar bildilər ki, eyni seqmentdə olan “ABC”nin reklamında çəkilmişəm. İki yerdə oynamaq yasaq olduğundan mənimlə olan bir sıra kadrları kəsib, yalnız bir kadrda saxladılar.

- “ABC”nin reklamından nə qədər qonorar aldın?

- Əlimə dörd rəqəmli pul gəldi.

- Kıvanç Tatlıtuğ da karyerasına modelliklə başlayıb, sonra isə aktyor kimi fəaliyyətinə davam edib.

- Ondan sənə dəstək, kömək gəldi?

- Kivanç Tatlıtuğla reklam çəkilişi zamanı yaxından tanış oldum. Mənə onların komandası ilə işləməyi təklif etdi. Məni öz meneceri Gaye Sökmenlə tanış etdi. İstanbula növbəti gəlişimdə onlar məni öz ofislərinə dəvət etdilər.

“Ajans”ın qoyduğu şərtləri və müqavilələri başa saldılar. Onlarla beş illik müqavilə bağladım. O zamanlar diksiyam yaxşı olmadığından yenidən diksiya dərsləri almağımı söylədilər. Baxmayaraq ki, artıq altı ay diksiya dərslərinə getmişdim. Yenə üç ay həmin dərslərə qatıldım. Diksiya dərslərindən sonra beş aylıq aktyorluq dərslərinə getdim. Kameranın önünə çıxmaq üçün mükəmməl hazırlaşmalısan.

Roluna birinci özün, sonra da qarşındakını inandırmalısan. Bu, əsas şərtlərdən biridir. Dərslər yekunlaşdı. Hazırda bir sıra film və serial şirkətlərindən təklif alıram. Türkiyədə menecerim var. Şirkətlər menecerimə monoloqlar göndərirlər. Onları oynayıb, çəkib göndərirəm.


– Türkiyədə aktyorlar arasında rəqabət çox böyükdür. Yəqin ki, bunun fərqindəsən…

- Türkiyədə bu sahə çox genişdir. Rəqiblərim də çoxdur. Baş rolu demirəm, epizodik rol almaq üçün 400-500 namizəd arasından seçim aparılır. Sənin də üstünlüklərin kifayət qədər çox olmalıdır. İstər görünüş, istər dil bilgilərin, istər at çapmaq, ox atmaq, qılınc oynatmaq, hansısa bir idman növü ilə məşğul olmaq.

Yəni hansısa üstünlüyünlə bir rolu ala bilərsən. Çox incəliklər var. Maliyyə işlərinin hamısını menecer həll edir. Dediyim kimi, Gaye Sökmen menecerimdir. İstər Avropa, istər Azərbaycan bazarı üçün birbaşa bütün təklifləri menecerimə yönləndirirəm.

- Niyə məhz karyeranı aktyor kimi davam etdirməyi seçdin?

- Bir şeyi istəyirsənsə, onu mütləq şəkildə gərək xəyal edəsən. Əgər xəyal edirsənsə, ona doğru addım atırsan. Məktəbdə səkkizinci sinifdə oxuyanda uşaqlar mənə “Best Model of Azerbaijan” deyib, çağırırdılar. Yəni öz aramızda belə zarafatlar olurdu. Bunları yada salıram və gerçək olduğunu anlayıram.

Hamı bilir ki, modelliyə hər zaman hobbi kimi baxmışam. Sevmişəm, maraqlı gəlib. Zaman keçdikdən sonra heç yarışmalara da qatılmaq istəmirdim. Bir sıra markaların reklamına çəkildikdən sonra bu işdən uzaqlaşmaq istəyirdim.
Yarışmalara qatılıb birinclik əldə etdim. Anladım ki, bu işin bir işıq ucu var. Film təklifləri aldım. Anladım ki, bu sektorda istədiyim nəticəni əldə edə bildim. Hazırda dəfilələrə qatılmıram.  

- Qatılmamağının səbəbi puldur?

- Xeyr. İşimi pula görə sevmirəm. Əgər işi pula görə edirsənsə, onu sona kimi çatdıra bilməyəcəksən. Birinci gərək işini sevəsən. Sevdikdən sonra isə peşəkara çevrilirsən. Ondan sonra pul cibinə axır. Pula görə iş görəndə, o işin keyfiyyəti də olmayacaq, başa çatdıra da bilməyəcəksən. Milanda dəb gecələrində podiuma çıxmaq kimi təklifi gəlsə, gedərəm.

- “Best Model” yarışmaları sənə nəyi qazandırdı və nələri əlindən aldı?

- İndiki zamanda "Best Model" boş şeydir. Çağatay Ulusoy qalib olduqdan sonra, yəni 2010-cu ildən sonra nüfuzunu itirdi…

- İstanbulda evin var?

- Təəssüf ki, evim yoxdur. Orada dostumla kirayədə qalıram. Gələcəkdə mən də istəyirəm ki, İstanbulda şəxsi evim olsun.

- Bu qədər işin içindən şəxsi həyata zaman ayıra bilirsən? Ümumiyyətlə, ailə qurmaq haqda düşünürsən?

- Hazırda ailə qurmaq haqda düşünmürəm. Çünki sırf karyeramı qurmağı düşünürəm. Evlənməyin də geci-tezi var. Evlilik əzrail kimi bir şeydir, harada tutdu, aparacaq. İndi yox desəm də, sabah və ya birisi gün evlənə bilərəm. İndiki vəziyyətə görə şəxsi həyatımda heç kim yoxdur. Namizəd də, sevgilim də yoxdur. Amma qəlbimdə sevgi var.


- Boşanmış və övladı olan qadınla ailə qurarsan?

- Bizdə cəmiyyət boşanmış qadına birmənalı baxmır. Yaxınımızda, ailəmizdə də boşanmış qadın ola bilər. Bu o demək deyil ki, boşanmış qadın tərbiyəsizdir. Qismət və taledir. Elə bir qadına “yox” da, “hə” də deyə bilərəm. Amma həmin nöqtəyə çatanda fərqli bir qərar verə bilərəm. Bunu zamana buraxıram.

- Arxiv şəkillərinə yenidən baxanda, ağlına nə gəlir?

- Əlifba gözümün önünə gəlir. A-dan Z-yə yox, məndə tərsinə - Z-dən A-ya (gülür). Çox dəyişilmişəm. Hərbi xidmətdən əvvəl çox kök olmuşam. 2007-2008-ci illərdə hardasa 110 kilo idim. Hazırda 188 boyum var, çəkim 84 kilodur. Hərbi xidmətdən sonra çox arıqladım.

Arıqlamaq üçün “taekwando”ya yazıldım. Arıqlamağım böyük problemdir. Günün bu günündə qram-qram qidalanıram. Hər gün idmana gedirəm. Gündə bir saatdan çox gəzirəm. Rol gələndə rol səni gözləmir ki, Nuru arıqlayacaq. Hər an hazırlıqlı olmalısan. Rol gələndə sən onu almalısan.
Bir söz var, doğru yerdə doğru zamanda olmalısan. Hazır vəziyyətdə olmalısan. İş gəldisə, onu əlinə almalısan. Elə rol gələ bilər ki, həmin rola görə 20 kilo belə arıqlamalısan. Əgər sənətini həqiqətən də sevirsənsə, bunu etməlisən.

- Formada qalmaq üçün modellər xüsusi pəhrizlər saxlayır. Formada qalmaq üçün nə edirsən ?

- Gündə az-az dörd dəfə qidalandım, amma effekt vermədi. Sonra başladım “aralıqlı oruc” pəhrizinə. Saat 12-də yemək yeyirəm. Karbohidratı gündüz saatlarına yükləyirəm. Birdə saat 18:00-da yeyirəm. Gündə iki dəfə qidalanıram.

- Açıq-saçıq və seks səhnələrinə çəkilərsən?

- Bu rola “Hə” deməzdən əvvəl menecer qərar verir. Çünki təkliflər gəlir, menecer səninlə söhbət edir, psixologiyanı yoxlayır ki, bu obraza hazırlıqlısan, yoxsa yox? Sonra piar məsələlərinə də baxılır. Yəni bu obraza çəkilsəm, karyerama xələl gələrmi, yoxsa yox? Bu kimi məsələlər nəzərdən keçirilir, sonra qərar verilir.

Yəni bu məsələdə söz sahibi tək mən deyiləm. Açıq-saçıq səhnələrə çəkilmək barədə hələ düşünməmişəm. Düşünürəm ki, çəkilsəm heç bir problem olmaz.

- Bu günə kimi ən çox nədən utanmısan?

- Çox utancağam. Zaman ötdükcə, kamera önünə keçdikcə, çəkilişlərdə iştirak etdikcə insan dəyişir. Aktyorluğa başlayan müddətdə də demək olar ki, bir çox komplekslərimi atmışam kənara.

- Həssas nöqtən nədir? Sənə nə toxuna bilər?

- Həssas nöqtəm qürurumdur. Qürurumu kimsə tapdalasa... O məsələdə heç kimin gözünün yaşına baxmaram.

- Aldığın ən aşağı və ən yüksək qonorar?

- Modelliyə yeni addımlar atanda 50 manat qazanmışdım. Ən son aldığım qonorar isə 15 min manat olub. Reklam çəkilişlərindən almışdım.

- Bəs Nuru qazancını hara xərcləyir?

- Çalışıram qazandığım pulu özümə, inkişafıma xərcləyim. Çünki özümə nə qədər yatırım etsəm, bazara açılmağım da genişlənəcək. Özümə, ailəmə, işimə xərcləyirəm.

Rəşad Əliyev, Bizim.Media








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Axtarışda olan 114 nəfər SAXLANILDI

Axtarışda olan 114 nəfər SAXLANILDI

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

End of content

No more pages to load

RADİO