Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını da dəyişir. Xüsusən də bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır.

Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır.

Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Bəs həmin məlumatlar necə toplanır?

Bizim.Media “marja.az”a istinadla xəbər verir ki, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. 

Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq  bəzi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Məsələn, müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s məlumatlar kimi.

Bəs bu məlumatların toplanmasına səbəb nədir?

Əsas məqsəd təhlükəsiz və fərdi xidmət göstərməkdir. Məsələn, şəxsiyyət təsdiq edilmədən hesab açıla bilməz, gəlir məlumatı olmadan kredit verilə bilməz, əlaqə nömrəsi olmadan əməliyyat bildirişləri göndərilə bilməz. Bundan başqa, banklar qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, həm dələduzluğun qarşısını almaq, həm də maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçündür.

Elə isə bankların bunun üçün hüquqi əsası varmı?

Banklar müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplaya və emal edə bilərlər. Bu, həm müştəri təhlükəsizliyini, həm də maliyyə sisteminin stabilliyini təmin edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur.

Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır. 

Vətəndaş məlumatlarının emalına qadağa qoya bilərmi?

Qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq. 

Müştəri məlumatları necə qorunur?

Banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Həmçinin müştərilərə rəqəmsal xidmətlər, fərdi məhsullar təqdim edərkən daha geniş imkanlar yaradır. 
 

Odur ki, qanun çərçivəsində bankla vətəndaş arasında olan məlumat mübadiləsi müştəriyə fərdi və ehtiyaclarına uyğun xidmətlər almaq, vaxt itirmədən onlayn xidmətlərdən istifadə etmək, müxtəlif bank məhsullarını fərdi və daha yaxşı şərtlərlə almaq imkanı yaradır. Banklar isə bununla müştərilərinə ehtiyaclarına uyğun, individual və daha yaxşı xidmət göstərmək imkanı əldə edirlər.


Nəticə etibarı ilə bankların məlumat toplaması həm qanuni tələblərə, həm də təhlükəsiz, fərdi və rahat maliyyə xidmətinin göstərilməsinə əsaslanır. Əsas məsələ müştərilərin də öz hüquqlarınızı bilməsi və məlumatlarının hansı məqsədlə istifadə olunacağını anlamasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Axtarışda olan 114 nəfər SAXLANILDI

Axtarışda olan 114 nəfər SAXLANILDI

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

End of content

No more pages to load

RADİO