Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşların məmnunluğunun artırılması, "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edib.

MİDA-da Bizim.Media-ya verilən məlumata görə, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçimin üsulu ilə bağlıdır.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
 

Buna uyğun olaraq, satış günü "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq "ünvan üzrə" seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində "Mənzillər" bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq "xəritə üzərində" və "parametrlər üzrə" axtarış üsulları aktivləşəcək.


Xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər. Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.

Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.

Növbəti yenilik "Seçimlər" mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.
 

Daha bir yenilik mənzil seçimi etdikdən sonra imzalama ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş "Güzəştli mənzil" sistemi vasitəsilə keçirilən mənzil seçimi çərçivəsində seçim zamanı "Təsdiq et" düyməsini sıxdıqdan sonra dərhal "Ərizəçi" statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.


Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində "Mənzillər" bölməsinə, "Güzəştli mənzil" sistemində isə "Demo satış" bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. "Güzəştli mənzil" sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Axtarışda olan 114 nəfər SAXLANILDI

Axtarışda olan 114 nəfər SAXLANILDI

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

End of content

No more pages to load

RADİO