Bir müddət əvvəl əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə müəllimlərin etirazı ilə gündəmə gələn kollecin direktoru vəzifəsindən azad edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru Xuduyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən uzaqlaşdırılıb.
Direktor vəzifəsinin icrası müvəqqəti olaraq Nigar Səfxanovaya həvalə edilib.
Qeyd edək ki, Nigar Səfxanova bu ilin yanvarından Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsində çalışırdı.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu