Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Boşanma prosesində alimentlə bağlı mübahisələr və ya valideynlərdən birinin uşağı qəbul etməməsi kimi hallarda DNT analizi məhkəmə üçün sübutlardan birinə çevrilə bilər. Belə hallarda tərəflərin iştirakı ilə aparılan ekspertiza nəticəsində uşağın bioloji atasının kimliyi müəyyən edilir və nəticəsinə uyğun məhkəmə qərar qəbul edə bilir.  
 

Bəs məsələ məhkəməyə çatmadan əvvəl uşağının bioloji atası olub-olmadığından şübhələnən kişi ananın xəbəri olmadan uşağın saçından və ya istifadə etdiyi şəxsi əşyadan nümunə götürərək DNT analizi etdirə bilərmi?


Ölkədə DNT analizi üçün müraciətlərin sayı ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bu barədə statistika aparılmır.

Araşdırmamız zamanı Azərbaycanda fəaliyyət göstərən bəzi özəl müəssisələrin DNT nümunələrini xaricdə yerləşən laboratoriyalara göndərdiyi hallarına rast gəldik. Öyrəndik ki, bu özəl müəssisəyə müraciət zamanı valideynlərin hər ikisinin iştirakı mütləq şəkildə tələb edilmir və analizin qiyməti ölkədəki dövlət müəssiələrinin təklif etdiyi qiymətdən qat-qat ucuzdur.

“Molekulyar Genetik Mərkəz” adı ilə fəaliyyət göstərən müəssisənin internet saytında yerləşdirilən məlumata görə, atalıq testinin qiyməti 179 AZN təşkil edir və test nəticəsinin dəqiqliyinə 99,9 faiz zəmanət verilir. Müqayisə üçün qeyd edək ki, dövlət müəssisələrində bu cür analizlərin qiyməti 3000 manatadək yüksələ bilir.

Maraqlıdır, belə xidmətlərin göstərilməsi və şəxsin xəbəri olmadan təqdim edilən nümunələrin qəbul edilməsi qanunidirmi?

Xarici laboratoriyada aparılan DNT analiz nəticəsinin Azərbaycanda hüquqi qüvvəsi varmı?

Məsələ ilə Bizim.Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirir ki, DNT analizi ilə bağlı müraciət edildikdə, adətən hər iki tərəfin prosesdə iştirakı tələb olunur:

“Burada əsas məqsəd eyniləşdirilən nümunələrin məhz həmin şəxslərə məxsus olmasını onların iştirakı ilə təsdiqləməkdir. Tərəflərdən biri prosesdə iştirak etmirsə, təqdim olunan nümunələrin yoxlanılan şəxsə məxsusluğunu təsdiqləyən hər hansı sübut olmur. Belə olan halda həmin analizin nəticəsinin hüquqi əhəmiyyəti qalmır.
 

Ola bilər ki, hansısa qeyri-dövlət laboratoriyaları, o cümlədən xaricdə yerləşən laboratoriyalar ödəniş qəbul etmək və gəlir əldə etmək məqsədilə belə nümunələri qəbul etsinlər. Lakin həmin analizlərin nəticələrinin hüquqi əhəmiyyəti olmur.


DNT analizi valideynlərdən biri tərəfindən həyata keçirilirsə, digər valideynin razılığının tələb olunmur. Lakin digər valideynin iştirakı olmadan aparılan belə analizin nəticəsini sonradan mübahisələndirmək mümkündür. Məhkəmə də qərar qəbul edərkən, xüsusilə DNT analizinin keçirilməsini nəzərdə tuta bilər”.

Valideynlərdən başqa digər ailə üzvlərinin DNT iddiası qaldırmaq hüququ yoxdur

Hüquqşünasın sözlərinə görə, praktikada yalnız ata və ana uşağa münasibətdə tərəf kimi çıxış edə bilirlər:

“Bir çox hallarda uşağın atası onun bioloji atası olmadığını iddia edir. Belə vəziyyətdə, şəxs atalığı qəbul etmirsə, məhkəmə DNT analizinin aparılması üçün müvafiq orqanlara müraciət edir. Analiz keçirilir və nəticədə uşağın bioloji atasının kim olduğu müəyyənləşdirilir. Digər qohumların bu məsələni mübahisələndirməsi üçün isə eyni imkanlar yoxdur. Çünki onlar həmin mübahisədə birbaşa tərəf, yəni subyekt deyillər.

Xaricdə yerləşən qeyri-dövlət laboratoriyalarının fəaliyyətində əsas məqsəd gəlir əldə etməkdir. Onlar üçün təqdim olunan nümunələrin həqiqətən həmin şəxsə, yaxud başqa bir şəxsə məxsus olması məsələsi hüquqi prosedur baxımından əsas şərt olmaya bilər. Onlar sadəcə təqdim olunan sifariş əsasında ödənişi qəbul edir və analizi həyata keçirirlər, daha sonra nəticələri təqdim edirlər”.

DNT analizi ümumiyyətlə analiz kimi qəbul olunur və burada qanunsuz fəaliyyət nəzərdə tutulmur

R.Mustafayev qeyd edir ki, laboratoriya şəxsin kimliyini müəyyən etmədən də nümunəni qəbul edib analiz apara və nəticəni təqdim edə bilər. Bu, həmin laboratoriyalar üçün problem deyil. Lakin həmin nəticə şəxs üçün yalnız məlumat xarakteri daşıyır və gələcəkdə həmin nəticəyə əsaslanaraq məhkəməyə müraciət edib iddia qaldırmaq üçün əsas hesab olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

İsmayıllıda ağır QƏZA: Ölənlər var

İsmayıllıda ağır QƏZA: Ölənlər var

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

End of content

No more pages to load

RADİO