“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərdən 94-ü Qəzza zolağına, 29-u Aralıq dənizinə, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.
“Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir.
Bizim.Media