ABŞ Prezidenti Cozef Bayden koronavirusdan sağalıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin "Twitter" hesabında paylaşım edilib.
“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub. Doktor Kevin O Konnordan Prezidentə yenilik”, - paylaşımda bildirilir.
Ağ Ev ABŞ liderinin həkiminin açıqlamasını da paylaşıb. Həkim Baydenin özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, C.Baydenin koronavirus testinin nəticəsi iki dəfə müsbət çıxıb.
Bizim.Media