Cümə günü Madaqaskarda paytaxtın şimalındakı bir bölgədə "dahalo" kimi tanınan yerli quldurların evləri yandırması nəticəsində 32 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, yanğın cümə günü gecə paytaxt Antananarivudan təxminən 75 kilometr şimalda yerləşən Ancazobe bölgəsində baş verib.
“Dahalo” Madaqaskarın bəzi bölgələrində yerli sakinlərdən mal-qara oğurlayan və digər cinayətlər törədən mütəşəkkil cinayətkar qruplardır.
Madaqaskar Müdafiə Nazirliyi hadisəni törədənlərin axtarışı üçün əraziyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.
Ehtimal edilir ki, “dahalo”lar icma üzvlərindən qisas alıblar. Çünki əvvəlki əməliyyatlar haqda kəndlilər təhlükəsizlik rəsmilərinə məlumat veriblər.
Bizim.Media