ABŞ-ın güclü raketlərə malik olan “USS Forrest Sherman” gəmisi (esmines) Türkiyənin cənub-qərbində yerləşən Aksaz hərbi dəniz bazasına gəlib.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.
“Tomahawk” qanadlı raketlərini daşıyan bu esmines NATO-nun İkinci Daimi Dəniz Qrupunun (SNMG-2) flaqmanıdır. Aralıq dənizində fəaliyyət göstərən bu qrupa Türkiyə, İtaliya və Yunanıstan donanmalarının freqatları daxildir.
Ən son məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Harry Truman” gəmisinin başçılıq etdiyi zərbə qrupu Balkanların qərbindəki Adriatik bölgəsində növbətçilik edir.
Bundan əvvəl “Harry Truman”ın göyərtəsində olan EA-18 döyüş təyyarələri Rumıniyanın hava məkanında təlim uçuşları həyata keçirib.
Bizim.Media