Yanvarın 18-dən etibarən bütün Moskva məktəblərində ənənəvi təhsilə başlanılacaq.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin müvafiq əmr imzalayıb.
Sobyaninin sözlərinə görə artıq məktəblilər üçün nəqliyyat kartları da bərpa edilib.
“Uşaqlar evdə oturmaqdan yorulublar. Lakin məktəblilər arasında xəstəliyə yoluxma riskinin artması əvvəlki kimi çox böyükdür. Buna görə də məktəblər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”,- deyə S.Sobyaninin bildirib.
Bizim.Media