İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisini Ruben Amorim çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ruben Amorimin son iş yeri "Mançester Yunayted" olub. "Milan" isə Massimiliano Alleqri ilə yollarını ayırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media