Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşıb. "Poznan" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.
Bizim.Media