Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi isə bütün bunların yerini insanın öz biometrik məlumatı tuta bilər.

Ovuc içi ilə ödənişin əsas üstünlüyü rahatlıqdır. Kartı itirmək, evdə unutmaq problemi yoxdur. Bir neçə saniyə ərzində ödəniş etmək mümkündür. Xüsusilə gündəlik və kiçik alış-verişlər zamanı bu üsul insan üçün daha asan görünə bilər.

Amma məsələ təkcə rahatlıqdan ibarət deyil.

Bəs insanlar biometrik məlumatlarını belə bir sistemə etibar etməyə hazırdırmı? 

Kart məlumatlarının oğurlanmasından narahat olan insanlar indi öz biometrik məlumatlarının təhlükəsizliyini düşünməlidirlər. Çünki bank kartını dəyişmək mümkündür, amma biometrik məlumat insanın özünə məxsusdur.

Ovuc içi ilə ödəniş gələcəkdə bank kartlarını tamamilə əvəz edə bilərmi? Yoxsa insanlar yenə də ənənəvi ödəniş üsullarına üstünlük verəcək?

Mövzuya münasibət bildirən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Bizim.Media-ya deyib ki, bu, bank kartına olan ehtiyacı tamamilə aradan qaldırmayacaq:

“Azərbaycanda "PalmPay" kimi ovuc içi ilə ödəniş texnologiyalarının tətbiqi rəqəmsal ödəniş ekosistemində yeni bir mərhələ açsa da, yaxın və orta müddətli dövrdə bank kartlarına olan ehtiyacı tamamilə aradan qaldırmayacaq. Bu sistem ənənəvi kartları sıradan çıxarmaqdan ziyadə, istifadəçilərə daha sürətli və alternativ bir ödəniş kanalı təqdim edir. Ovuc içi ödənişlərin kütləviləşməsi üçün ölkə üzrə bütün ticarət obyektlərində xüsusi biometrik terminalların quraşdırılması tələb olunur ki, bu da müəyyən zaman aparacaq. Ən mühüm məqam isə odur ki, ovuc içi özlüyündə bir hesab deyil, sadəcə identifikasiya alətidir; arxa fonda tranzaksiyalar yenə də istifadəçinin bank hesabına və ya kart infrastrukturuna bağlanaraq icra olunur”.

O hesab edir ki, cəmiyyətin bu yeni texnologiyaya güvənməsi və adaptasiya prosesi isə tədricən tətbiq olunan maarifləndirmə və təhlükəsizlik amillərindən asılı olacaq:

“Vaxtilə təmassız kartlara və ya Apple Pay/Google Pay sistemlərinə qarşı olan ilkin şübhələr zamanla rahatlıq faktoru hesabına aradan qalxdığı kimi, ovuc içi ödənişlərdə də bənzər dinamika müşahidə olunacaq. Dəri altındakı damar naxışlarının gözlə görünməməsi, kopyalanmasının imkansızlığı və canlılıq testi kimi qabaqcıl müdafiə mexanizmləri bu üsulu PİN kodlu plastik kartlardan daha təhlükəsiz edir. İstifadəçilərə biometrik verilənlərin foto kimi deyil, şifrələnmiş riyazi kodlar şəklində qorunduğu aydın izah edildikcə və xidmətin yaratdığı komfort hiss olunduqca, ovuc içi ödənişlərə olan ictimai etibar kəskin şəkildə artacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Balıq tutmaq istəyən kişi faciəli şəkildə həyatını itirdi

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

Məktəb alış-verişi valideynlərə neçəyə başa gəlir? – VİDEOREPORTAJ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı ENDİ

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Bakıda QULDURLUQ: Kişini döyüb taladı – ANBAAN VİDEO

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Füzulidə atdan yıxılan 12 yaşlı uşaq dünyasını dəyişdi

Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Vüqar Əhmədov vəzifəsindən AYRILDI

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Lənkəranda toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

Uşağın telefonunu yoxlamaq şəxsi həyata müdaxilədir? – Hüquqi İZAH

End of content

No more pages to load

RADİO