Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərdə eniş müşahidə olunub.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,63% ucuzlaşaraq 77 621,18 ABŞ dollarına enib.
“Ethereum” 1,94% azalaraq 2 438,97 dollara, BNB 2,70% ucuzlaşaraq 690,04 dollara düşüb. “Bitcoin Cash” 6,77%, “Bittensor” isə 3,70% ucuzlaşıb. “Zcash” 1,30%, “Monero” isə 1,43% bahalaşıb.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 2,44% azalaraq 4 461,17 dollara, “Tether Gold” (XAUT) isə 2,40% ucuzlaşaraq 4 458,11 dollara enib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,21% azalaraq 2,62 trilyon dollara düşüb.
Bazarda eniş ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun Cekson-Houl çıxışından sonra güclənib. Uorş inflyasiyanın hələ də yüksək olduğunu vurğulayıb və bu, bazarda sentyabrda faiz artımı ehtimalını yüksəldib. Nəticədə dollar və ABŞ istiqrazlarının gəlirliliyi yüksəlib, riskli aktivlərə, o cümlədən kriptovalyutalara təzyiq artıb.
Bizim.Media