“Ermənistan ABŞ üçün vacib ticarət tərəfdaşı deyil” - Ticarət Palatasının icraçı direktoru

44 günlük müharibə zamanı erməni lobbisi dünyada bir sıra ölkələrdə Azərbaycana qarşı güclü antitəbliğat aparırdı. Bu da bir çox dövlətlərin Azərbaycana qarşı edilən bəzi təzyiqlərilə yadda qaldı.

Bu təzyiqlər əsasən Azərbaycan iqtisadiyyatına maneələr törətmək, müxtəlif sanksiyaların tətbiq olunmasına xidmət edirdi.

Lakin ermənilərin bu qara əməlləri digərləri kimi fiaskoya uğradı. Erməni lobbisinin məqsədi əsasən ABŞ və Azərbaycan əlaqələrinə ziyan vurmaq idi.

Bu mövzu ilə əlaqədər Bizim.Media-ya açıqlama verən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşı və ABŞ sərmayəsinin bu regionda əsas ünvanıdır. 

''Hazırda Azərbaycanda 300-ə yaxın ABŞ şirkəti qeydiyyatdadır və 13.6 milyard dollar həcmində sərmayə ilə ABŞ Azərbaycan iqtisadiyyatına ən böyük yatırım edən dövlətlərdəndir.

Bu sərmayələrin böyük hissəsinin neft sektoruna yatırılmasına baxmayaraq, son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ABŞ şirkətlərinin qeyri-neft sektorunda da aktivliyi artıb. Azərbaycan da kifayət qədər geniş sərmayə kapitalı ilə ABŞ bazarlarında iştirak edir. İndiyədək Azərbaycan tərəfindən ABŞ bazarlarına yatırılan sərmayələrin həcmi 7 milyard ABŞ dollarından artıqdır.

2019-cu ildə ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə ABŞ-ın Oklahoma və İllinoy ştatlarına kənd təsərrüfatı sahəsində iki ticarət missiyası təşkil olunub. Məhz bu missiyalar nəticəsində iki ölkənin şirkətləri arasında 1.2 milyon ABŞ dolları həcmində ticarət baş tutub. Bundan başqa Azərbaycanın nəqliyyat loqistika şəbəkəsinin genişləndirilməsi, azad ticarət zonalarının yaradılması və ən əsası, inkişaf etmiş neft-kimya sənayesinə malik olması ölkəni Şərq-Qərb transkontinental ticarətində olan bir çox ABŞ şirkətləri üçün cəlbedici edə bilər.

Ticarət palatası olaraq, bir sıra şirkətlərlə ünsiyyətlərimiz də onu deməyə əsas verir ki, Azərbaycanın bu kimi şirkətlərin təchizat zəncirində əlavə dəyər gətirmə imkanı xeyli dərəcədə genişdir '',- deyə o, bildirib.

Onun sözlərinə görə, iki dövlət arasında ticarətin daha da inkişaf etməsi üçün bir sıra zəruri faktorlar mövcuddur. 

“Bunlardan biri kimi Azərbaycanla ABŞ arasında birbaşa sərnişin və hava karqo daşımalarının mövcud olmasıdır. 2014-cü ildən AZAL Nyu-Yorka birbaşa sərnişin daşımaları həyata keçirir. Bundan başqa, ikitərəfli ticarətin inkişafından danışarkən son illərdə ABŞ-ın müxtəlif ştatlarında həm kəmiyyətcə, həm də keyfiyyətcə inkişaf etməkdə olan azərbaycanlı icmasını da vurğulamalıyıq. Bu baxımdan, ticarət palatası olaraq, ikitərəfli ticarətin inkişafında ABŞ-da yaşayan azərbaycanlı icmasının rolunun müstəsna olduğunu düşünürük”,- deyə, N.Baxışov söyləyib. 

Ticarət palatasının icraçı direktoru Ermənistanın  ABŞ üçün regionda vacib ticarət tərəfdaşı olmadığını da deyib.

''Azərbaycan Ordusunun son hərbi uğurları nəticəsində uzun illərdən bəri işğal altında olmuş ərazilərimiz azad edilib. Bu torpaqların azad olunması Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi yükə malikdirsə, bir o qədər də ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün yeni imkanlar yaradır. Bu gün tərəfdaşlarımız, eləcə də ABŞ şirkətləri ilə ünsiyyətlərimizə əsasən deyə bilərik ki, həmin ərazilərin bərpası, yenidən qurulması, iqtisadi fəaliyyətin bərpa olmasında ABŞ şirkətlərinin iştirakı üçün böyük imkanlar mövcuddur''.

''İnanırıq ki, bu istiqamətdə birgə fəaliyyət ABŞ-Azərbaycan ticarət münasibətlərinin daha da genişlənməsinə təkan verəcək. Ermənistana gəldikdə deyə bilrik ki, bu ölkə ABŞ üçün regionda vacib ticarət tərəfdaşı deyil. Bunu şərtləndirən bir sıra faktorlar mövcuddur. Bunlardan ən önəmliləri kimi ölkənin nəqliyyat bağlılığı nöqteyi-nəzərindən bir “dalan” olması, ölkə iqtisadiyyatının xarici asılılığının kəskin həddə olması və region ölkələri ilə müqayisədə rəqabətli olmamasını göstərə bilərəm''. 

N.Baxışov Co Bayden administrasiyasının  ilk dövrlərində xarici iqtisadi və ticarət münasibətlərində ciddi dəyişikliklər edəcəyini gözləmədiyini deyib.

Onun sözlərinə görə, yeni hakimiyyət bir müddət ölkədə  pandemiyanın vurduğu iqtisadi zərərləri aradan qaldırılması ilə məşğul olacaq.

''Yanvarın 20-də hakimiyyətin son prezident seçkilərində qalib gəlmiş Cozef Baydenə ötürülməsi gözlənilir. C.Baydenin iqtisadi komandasına baxdıqda deyə bilərik ki, yeni administrasiya prioritet olaraq iqtisadiyyatın pandemiya sonrası bərpasına xüsusi diqqət yetirəcək. Misal olaraq, maliyyə naziri postuna tanınmış iqtisadçı, ABŞ Mərkəzi Bankının keçmiş sədri Canet Yelenin namizədliyini irəli sürülməsi bunu deməyə əsas verir. Xanım Yalen son otuz ildə ABŞ iqtisadi siyasətinin formalaşmasında, habelə ölkə iqtisadiyyatının 2007-2008-ci illərin maliyyə böhranından çıxarılmasında əhəmiyyətli rol oynayıb''.

''Yeni administrasiyanın heç də rahat iqtisadi və siyasi mühitdə hakimiyyətə gəlmədiyini nəzərə alsaq, Bayden administrasiyasının hələ bir müddət daxili iqtisadi durumun yaxşılaşdırılması və siyasi mühitin normallaşdırılmasına fokus edəcəyini təxmin edə bilərik. Bu baxımdan, yeni administrasiyanın ilk dövrlərində - ən azından, pandemiyanın vurduğu iqtisadi zərərlərin aradan qaldırılmasınadək xarici iqtisadi və ticarət münasibətlərində ciddi dəyişikliklər edəcəyini gözləmirik'',- deyə o, qeyd edib.

Sonda Natiq Baxışov ABŞ-la Azərbaycan arasında ticari əlaqələrin inkişafında iki ölkə arasında imkanların reallaşdırılması üçün göstərəcəyi səylərdən asılı olduğunu vurğulayıb.

“ABŞ-da hakimiyyət dəyişikliyinin Azərbaycanla ticarətin inkişafına təsiri məsələsinə gəlincə, bunun daha çox tərəflərin mövcud ticarət və biznes imkanlarını qiymətləndirməsi və bu imkanları reallaşdırılması üçün göstərəcəyi səylərdən asılı olduğunu deyə bilərik. Hər bir halda, post-pandemiya dövründə dövlətlərin pandemiyanın vurduğu iqtisadi zərərləri qısa zamanda aradan qaldırmaq və iqtisadi aktivliyi yenidən bərpa etməsi üçün yeni ticarət imkanlarının yaranacağına inanırıq”.

Vüsalə Balayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Niderland millisinin üzvü “Fənərbağça”da

Niderland millisinin üzvü “Fənərbağça”da

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Rafinya Norveçlə oyunu da buraxacaq

Rafinya Norveçlə oyunu da buraxacaq

End of content

No more pages to load

RADİO