Alman mütəxəssis Yurgen Klopp yenidən baş məşqçiliyə başlaya bilər.
Bizim.Media xəbər verir ki, Almaniya Futbol Assosiasiyası Kloppu millinin “sükanı arxasına” gətirmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Assoiasiya insayderin sorğusuna cavab olaraq, Kloppla danışıqların getdiyini bildirib.
Klopp son olaraq “Liverpul”da çalışıb. O, 2024-cü ildən “Red Bull” Şirkətinin futbol direktoru vəzifəsindədir.
Almaniya millisində bu gün baş məşqçi Yulian Naqelsmannla yollar ayrılıb.
Bizim.Media