Harmony Hospitalın tanınmış rinoplastik cərrahları Pərviz Aslanov və Cavid Hüseynzadə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa Üz Plastik Cərrahları Akademiyasının beynəlxalq konqresində iştirak edirlər.
Bizim.Media xəbər verir ki, 2–5 iyul tarixlərini əhatə edən konqres çərçivəsində həkimlər ən son elmi yeniliklər, müasir cərrahi texnikalar və qabaqcıl tibbi yanaşmalarla tanış olurlar.
Həmçinin Avropa və dünyanın aparıcı plastik cərrahları ilə peşəkar fikir mübadiləsi aparacaq, öz təcrübələrini bölüşəcəklər. (azxeber.com)




Bizim.Media