“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməyə davam edir.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə “Geopolitical Monitor”un “Dron silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz müharibənin inteqrasiyası” məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illər “İti qovan” kimi yerli istehsal da daxil olmaqla bir sıra yeni pilotsuz sistemləri silahlanmaya qəbul edib.
 

“Azərbaycanın aparıcı müdafiə istehsalçısı olan “Azərsilah” da dronların hazırlanması və istehsalında fəal iştirak edir. Yerli istehsal təşəbbüsləri ilə yanaşı, Azərbaycan “Bayraktar TB2” və “Akıncı” dronları da daxil olmaqla Türkiyə və İsrailin müxtəlif pilotsuz sistemlərin istismarına davam edir və gələcəkdə əlavə müasir PUA-lar əldə etməkdə maraqlı olduğunu bildirib. Ölkə həmçinin “Akıncı” dronları üçün ixtisaslaşmış təlim və texniki xidmət mərkəzləri yaradıb”, - məqalədə bildirilir.


Müəlliflər həmçinin diqqəti ona yönəldirlər ki, 2021-ci ildə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müdafiə texnologiyaları, kadr hazırlığı və hərbi-sənaye inkişafı sahələrində ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirib. Onların qiymətləndirməsinə görə, Azərbaycan silah tədarükündən kənara çıxaraq, birgə dron istehsalı imkanlarını, eləcə də “Baykar”la daha geniş hərbi-sənaye əməkdaşlığını araşdıraraq, Türkiyənin müdafiə şirkətləri ilə əlaqələrini ardıcıl genişləndirir.

“Son illər tərəflər texnologiya mübadiləsi, sənaye əməkdaşlığı və “Baykar” sistemlərinin istehsalının Azərbaycanda potensial lokallaşdırılması ilə bağlı əməkdaşlıq müqavilələri və memorandumlar imzalayıblar. Bu, Bakının daha dayanıqlı yerli pilotsuz sistemlər istehsalının inkişafında uzunmüddətli marağını nümayiş etdirir. Beynəlxalq səviyyədə diqqət çəkən ən vacib inkişaflardan biri Azərbaycan Silahlı Qüvvələrinin heyətində ayrıca Pilotsuz Sistemlər Qoşunlarının rəsmi şəkildə yaradılması olub”, - müəlliflər qeyd edirlər.

Müəlliflər Ukrayna təcrübəsinə istinad edərək vurğulayırlar ki, pilotsuz qüvvələrin institusionallaşdırılması döyüş meydanında daha effektiv koordinasiyanı və effektivliyin artırılmasını asanlaşdırır.
 

“2025-ci il hərbi paradında təmsil olunan bölmələrin ardıcıllığı yeni qoşunların Azərbaycan Hərbi Hava Qüvvələrinin strukturuna inteqrasiya olunduğunu göstərir. Azərbaycanın pilotsuz uçuş aparatları sahəsində imkanlarının genişlənməsi həmçinin hərbi xərclərin davamlı artımı ilə güclənir. Ölkənin müdafiə büdcəsi 2020-ci ildə təxminən 2,24 milyard dollardan 2026-cı ildə planlaşdırılan 5,1 milyard dollara qədər artıb ki, bu da Bakının hərbi modernləşdirmə və texnoloji inkişafa davamlı diqqətini əks etdirir”, - məqalədə bildirilir.


Müəlliflər xatırladırlar ki, dronların hərbi məqsədlər üçün istifadəsinə bir neçə onilliklər əvvəl başlanılıb: ilk kəşfiyyat dronları Vyetnam müharibəsi zamanı istifadə olunub. Lakin, dron müharibəsinin inkişafında keyfiyyətcə yeni mərhələ 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı başlayıb və bu, pilotsuz sistemlərin əsas rol oynadığı ilk böyük dövlətlərarası münaqişəyə çevrilib.

“Geopolitical Monitor”un qiymətləndirməsinə görə, Azərbaycanın hücum dronlarından genişmiqyaslı istifadəsi onların zirehli texnikalara, artilleriya sistemlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək effektivliyini əyani şəkildə nümayiş etdirib və PUA-ların müasir müharibənin əsas elementi kimi statusunu möhkəmləndirib.

“Cənubi Qafqaz pilotsuz sistemlərin əhəmiyyətinin xüsusilə nəzərə çarpan olduğu regionlardan biri olaraq qalır. Qarabağ müharibəsinin təcrübəsi və ardınca Ukraynadakı müharibədən çıxarılan dərslər regional oyunçulara dronların XXI əsr müharibəsinin əsas silahı olduğunu göstərdi. Nəticədə, Cənubi Qafqazın hər üç dövləti pilotsuz müharibə imkanlarının inkişafına müxtəlif dərəcədə maraq göstərir, baxmayaraq ki, onların tətbiqinin miqyası əhəmiyyətli dərəcədə dəyişir.Azərbaycan hazırda yerli istehsalı, şaxələndirilmiş tədarükü və ixtisaslaşmış pilotsuz sistem strukturlarının yaradılması sayəsində pilotsuz sistemlərin inteqrasiyasında regional lider kimi açıq şəkildə ortaya çıxır”, - müəlliflər fikirlərini yekunlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

End of content

No more pages to load

RADİO