ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi ərəfəsində təhlükəsizliyin təmin edilməsi üçün şəhərə federal yardım da göndərib.
Məlumata görə, paytaxt meri Müriel Bouzer Konqresdəki iğtişaşlardan sonra baş verə biləcək təhdidlərlə əlaqədar olaraq Vaşinqton administrasiyasının rəhbərinə müraciət edib.
Bizim.Media