Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla sabahkı səfər oyunu öncəsi mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan millisinin yaxşı müdafiə olunduğunu bildirib:
"Topla yaxşı oynayırlar. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik".
Samuel Slovak millidəki baş məşqçi istefasından da danışıb:
"Baş məşqçi istefası asan vəziyyət deyil. Buna baxmayaraq, biz peşəkarıq. Mövcud vəziyyəti idarə etməliyik və inanmalıyıq. Qarşıya qoyulan məqsədə doğru irəliləməliyik".
Bizim.Media