ABŞ-ın Los-Anceles bölgəsində təcili yardım qruplarına tapşırıq verilib ki, yaşamaq şansı olmayan koronaviruslu xəstələr mümkün qədər xəstəxanalara gətirilməsin.
Bizim.Media xəbər verir ki, “Los Angeles Times” bu barədə rəsmi orqanlara istinadən məlumat yayıb.
Məlumata görə, sağalma ehtimalı olmayanlara oksigen balonlarının tədarükünü qənaət üçün azaltmaq göstərişi də verilib.
Qeyd edilir ki, koronavirusa yoluxma sayındakı artım dairə tibb müəssisələrindəki vəziyyəti kritik həddə çatdırıb.
Qarşıdakı həftələrdə durumun daha da pisləşəcəyi proqnozlaşdırılır.
Son məlumatlara görə, Los-Anceles dairəsindən 7,7 min COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib, 827 mindən çox insan koronavirusa yoluxub, 10 850 xəstə ölüb.
Bizim.Media