Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.
Bizim.Media ''russian news'' saytına istinadla xəbər verir ki, bu barədə MDB Üzv Dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının 34-cü iclasında qərar verilib.
2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladırıq ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.
Bizim.Media