Ötən gün Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib.
Bizim.Media xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb.
Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan "Liverpul" 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Bizim.Media