Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatı göstərir ki, xərçəngin diaqnostika və müalicəsində əldə olunan mühüm elmi nailiyyətlərə baxmayaraq, milyonlarla insan hələ də keyfiyyətli tibbi xidmətə çıxış imkanından məhrumdur.

Bizim.Media xəbər verir ki, hesabata görə, hər beş nəfərdən biri xərçəng diaqnozu alacaq, insanların 92 faizi isə xəstəlikdən ya birbaşa, ya da ailə üzvləri vasitəsilə təsirlənəcək.

ÜST-ün Xərçənglə Mübarizə Bölməsinin rəhbəri doktor Andre İlbavi bildirib ki, son illərdə xərçəngin müalicəsində böyük elmi irəliləyişlər əldə olunsa da, bu inkişaf bütün ölkələr üçün eyni dərəcədə əlçatan deyil.

ÜST-ün 2026-cı il Qlobal Xərçəng Hesabatında xərçəngin profilaktikası, diaqnostikası, müalicəsi və sonrakı qayğı xidmətlərinə çıxışda “davamlı və dərinləşən bərabərsizliklər”in mövcud olduğu vurğulanır.

Məlumata görə, hər il dünyada təxminən 20,6 milyon yeni xərçəng halı qeydə alınır və 10 milyon insan bu xəstəlikdən həyatını itirir. Proqnozlara əsasən, 2050-ci ilədək yeni xəstəliklərin sayı 35 milyona çata bilər.

Hesabat göstərir ki, yüksək gəlirli ölkələrdə döş və uşaqlıq boynu xərçəngi diaqnozu qoyulan xəstələrin 85 faizi ən azı beş il yaşayır. Aşağı gəlirli ölkələrdə isə bu göstərici 30 faizdən də aşağıdır.

ÜST-ün əsas xərçəng dərmanları siyahısına daxil edilən preparatların aşağı və aşağı-orta gəlirli ölkələrdə cəmi 9-54 faizi əlçatandır. Yüksək gəlirli ölkələrdə isə bu göstərici 68-94 faiz arasında dəyişir. Bundan əlavə, dünyada 23 ölkədə radioterapiya xidməti, ümumiyyətlə, mövcud deyil.

Hesabatda qeyd olunur ki, ölkələrin təxminən üçdə ikisi universal tibbi sığorta paketlərinə xərçəng xidmətlərini daxil etməyib.

Yüksək müalicə xərcləri səbəbindən bəzi regionlarda xəstələrin 90 faizə qədəri müalicəni yarımçıq dayandırmaq məcburiyyətində qalır.

ÜST-ün apardığı qlobal sorğu xərçəngin yalnız tibbi deyil, həm də ciddi iqtisadi və psixoloji problemlər yaratdığını ortaya qoyub. Xəstələr və onların ailələri maddi çətinliklər, psixoloji gərginlik və uzunmüddətli qayğı yükü ilə üzləşirlər.

Nigeriyalı döş xərçəngi xəstəsi və xəstə hüquqları müdafiəçisi Abigail Saymon-Hart bildirib ki, bəzi ailələr müalicə xərclərini ödəmək üçün uşaqlarını məktəbdən çıxarmaq məcburiyyətində qalırlar. O, həmçinin bəzi qadınların sosial damğalanma qorxusundan həyat qurtaran mastektomiya əməliyyatından imtina etdiyini vurğulayıb.

Bununla yanaşı, hesabatda müsbət tendensiyalar da qeyd olunub. Uşaqlıq boynu xərçənginin aradan qaldırılması üçün effektiv strategiyaların formalaşdığı, tütün istifadəsinin azaldığı və bir çox ölkədə milli xərçəng proqramlarının hazırlandığı bildirilib.

Bildirilib ki, hər 10 xərçəng hadisəsindən 4-ü tütün istifadəsi, infeksiyalar, alkoqol qəbulu və artıq çəki kimi qarşısı alına bilən risk faktorları ilə bağlıdır.

ÜST hökumətləri xərçənglə mübarizədə yalnız müalicəyə deyil, profilaktika, erkən diaqnostika və xəstələrə göstərilən uzunmüddətli qayğı xidmətlərinin maliyyələşdirilməsinə də daha çox diqqət ayırmağa çağırıb. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Nərmin Ələkbərovaya vəzifə verildi

Nərmin Ələkbərovaya vəzifə verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Messi Argentina millisindəki karyerasını başa vurdu

Messi Argentina millisindəki karyerasını başa vurdu

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Tramp: “İranlılar çox qəddar insanlardır"

Tramp: “İranlılar çox qəddar insanlardır"

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Əraqçi Netanyahuya “ilan” dedi

Əraqçi Netanyahuya “ilan” dedi

İrem Dericinin nişanlısı tutuldu

İrem Dericinin nişanlısı tutuldu

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

End of content

No more pages to load

RADİO