Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

"Bu gün dənizə tək getmək məqsədəuyğun deyil”.

Bizim.Media xəbər verir ki, bunu “qaynarinfo.az”a açıqlamasında professor Adil Qeybulla son günlər dənizdəbatma hallarının artmasının səbəblərindən danışarkən deyib.

Adil Qeybulla hesab edir ki, bu faciələrin böyük əksəriyyətinin qarşısını sadə təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.

O bildirib ki, dənizə gedən şəxslər tək olmamalı və imkan daxilində sahildən uzaqlaşmamalıdırlar:

"Dənizə gedən şəxsin yanında mütləq kimsə olmalıdır. Çimərkən  sahildən uzaq məsafəyə üzmək təhlükəlidir. Dənizə getməkdə əsas məqsəd dəniz vannası qəbul etmək və istirahət etməkdir.  Dəniz üzgüçülük yarışı deyil. Buna görə də uzaq məsafələrə  üzmək və tək qalmaq ciddi risk yaradır. Dənizə gedən hər kəs bu   qaydalara əməl etməlidir".

Professorun sözlərinə görə, boğulma hallarının əsas səbəblərindən biri insan amilidir:

"Boğulmaların əksəriyyəti insan səhvlərindən qaynaqlanır. Bununla yanaşı, obyektiv səbəblər də var. Məsələn, qəfil qıcolmalar baş verə bilər. Lakin insanlar  sahilə yaxın ərazidə çimdikdə və ya yanlarında başqa şəxslər olduqda faciələrin qarşısını almaq daha asan olur.  Dənizin dibində yarğanlar və dərin çökəkliklər olur. İnsan   həmin əraziyə düşdükdə təşvişə düşür, su udur və boğulma təhlükəsi yaranır. Bəzən isə qıcolma səbəbindən hərəkət etmək mümkün olmur".

Adil Qeybulla alkoqollu vəziyyətdə dənizə girməyin də ciddi təhlükə yaratdığını vurğulayıb:

"Boğulmaların səbəblərindən biri də alkoqol qəbuludur. Alkoqol  insanın vəziyyəti düzgün qiymətləndirmək və təhlükəni hiss  etmək qabiliyyətini zəiflədir".

Professor vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl  etməyi və öz sağlamlıqlarını riskə atmamağı tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Nərmin Ələkbərovaya vəzifə verildi

Nərmin Ələkbərovaya vəzifə verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Messi Argentina millisindəki karyerasını başa vurdu

Messi Argentina millisindəki karyerasını başa vurdu

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Tramp: “İranlılar çox qəddar insanlardır"

Tramp: “İranlılar çox qəddar insanlardır"

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Əraqçi Netanyahuya “ilan” dedi

Əraqçi Netanyahuya “ilan” dedi

İrem Dericinin nişanlısı tutuldu

İrem Dericinin nişanlısı tutuldu

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

End of content

No more pages to load

RADİO