Argentina – Misir qarşılaşmasını idarə edən fransalı referi Fransua Leteksye ilə bağlı qərar verilib.
Bizim.Media “offsideplus.az”a istinadən xəbər verir ki, baş hakimin dünya çempionatının qalan oyunlarında vəzifəsindən kənarlaşdırılması gözlənilmir.
Turnirin təşkilat komitəsi və hakimlik korpusu onun idarəçiliyindən razı qalıb və Leteksye DÇ-2026-nın növbəti mərhələlərində də oyunlara təyinat almağa davam edəcək.
Qeyd edək ki, Misir Futbol Federasiyası Argentinaya 3-2 hesabı ilə məğlub olduqdan sonra hakim Fransua Leteksyenin qərarlarına rəsmi etiraz bildirmək üçün FİFA-ya müraciət etmişdi.
Bizim.Media