Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş üstünlük təşkil edib.
Bizim.Media xəbər verir ki, bazarın lideri olan “Bitcoin” son sutkada 0,80% ucuzlaşaraq 62236,23 ABŞ dollarına enib.
Qızılın qiymətini izləyən tokenlər də mənfi dinamika nümayiş etdirib. “PAX Gold” (PAXG) 1,51% ucuzlaşaraq 4055,41 dollara, “Tether Gold” (XAUt) isə 1,47% azalaraq 4053,21 dollara düşüb.
İkinci ən böyük kriptovalyuta “Ethereum” 0,89% ucuzlaşaraq 1738,22 dollardan, BNB isə 0,02% bahalaşaraq 569,08 dollardan ticarət olunub.
Digər iri rəqəmsal aktivlərdən “Zcash” 3,96%, Monero 3,13%, Bittensor 1,90%, “Bitcoin Cash” isə 0,86% ucuzlaşıb.
Qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1% azalaraq 2,14 trilyon ABŞ dollarına düşüb.
Bizim.Media