Xorvatiyanın "Dinamo" klubunda çıxış edən millimizin üzvü Mahir Emreli istefaya göndərilən baş məşqçisi Jelko Kopiçlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, 25 yaşlı hücumçu İnstaqramda Kopiçlə şəklini paylaşaraq, xorvat mütəxəssisə təşəkkürünü bildirib: "Hər şey üçün təşəkkürlər, məşqçim".
Qeyd edək ki. J. Kopiç 2021-ci ilin dekabrından "Dinamo"nu çalışdırırdı. O, dünən 9-cu turdan təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə məğlubiyyətdən sonra istefaya göndərilib.
Bizim.Media
