ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”

Ümümdünya Səhiyyə Təşkilatından  (ÜST) pandemiya ilə əlaqədar 2021 və daha sonrakı illər üçün qorxunc açıqlama gəlib. ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun sözlərinə görə 2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, nəinki 2021-ci ildə, sonrakı illərdə də epidemioloji dövran davam edəcək.

Dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamağa çağıran ÜST rəsmisi bundan sonrakı epidemiyaların da həyatımızın reallığına çevriləcəyini vurğulayıb.

Bir neçə ay əvvəl  isə Ümümdünya Səhiyyə Təşkilatı dünya dövlətlərinə “Karantin etməyin!” deyə gözlənilməz çağırış etmişdi. Baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.

ÜST-ün təzadlı çağırışlarının arxasında nə dayanır?

Tanınmış həkim-nevroloq Qalib Əsədov Bizim.Media-ya açıqlamasında pandemiyanın bundan sonra da davam edəcəyini deyib:

“Əslində ÜST normal bəyanat verib ki, pandemiya nə yeni, nə də son olacaq. Bəşəriyyət və insanlıq tarixi yaranandan insanlar üç səbəbdən – müharibə, xəstəlik və aclıqdan ölüb. Elmin inkişafı nəticəsində biz aclığın qarşısını ala bilmişik. Bu gün insanlar aclıqdan daha çox toxluqdan əziyyət çəkirlər. Hazırda diyeta məsələsi dəbdədir. Tarix boyu hər 50-60 ildən bir pandemiya olub və olacaq.

Viruslar mutasiyaya uğrayır və burada qorxulu nəsə yoxdur. Sadəcə olaraq tibb qurumları buna hazır olmalı, Azərbaycandakı kimi kollabs vəziyyətinə gətirib çıxarmamalıdır.

Səhiyyə sisteminin bu gün çox ciddi islahatlara ehtiyacı var. Azərbaycandakı kimi insanları 10 ay qapatmağa ehtiyac yoxdur.

Müvafiq pereparat və dərmanlarla ölkə təmin olunmalıdır. Belə bir misal var ki, əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş. Əgər biz insanların az ölməsini, növbəti virus hücumlarından, infeksiya və digər xəstəliklərdən ölməsini istəmiriksə, səhiyyə sistemində ciddi dəyişikliklər etməliyik. Səhiyyə sistemində əyri yolların qarsını almalı, əyri əlləri isə kəsməliyik”.

Həkim əlavə edib ki, virus, infeksiya idarə olunan deyil və onu idarə etmək iqtidarında deyilik:

“Virusun mutasiyası da özbaşına baş verir. ÜST dəfələrlə deyib ki, “Karantin etməyin”. Karantin əsasən bir ay və ya 40 gün çəkən prosesdir. Azərbaycanda karantini 10 ay  edib, durumu bu vəziyyəyə gətirdilər. Tədbir görülmür deyə uzadılır.

İş görülmür deyə məsuliyyəti vətəndaşın üzərinə qoyuruq və onu evdə həbs edirik. Bu öz iş bacarıqsızlığını ört-basdır etməkdən başqa bir şey deyil. Böyük Britaniyada virusun yeni ştammı yayılıb. Hökumət isə insanların küçədə olmasına qərar verib”.

Alçina Amilqızı, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüzdən qaçış: Neft nəhəngləri 120 milyardlıq yeni yataqlar tapdı

Hörmüzdən qaçış: Neft nəhəngləri 120 milyardlıq yeni yataqlar tapdı

Macarıstan XİN-ə Orban rəhbərlik edəcək

Macarıstan XİN-ə Orban rəhbərlik edəcək

Yağıntılı havalar NƏ VAXTADƏK davam edəcək? - RƏSMİ

Yağıntılı havalar NƏ VAXTADƏK davam edəcək? - RƏSMİ

Çardağı təmir etmək istədi, hündürlükdən yıxıldı - Samuxda bədbəxt hadisə

Çardağı təmir etmək istədi, hündürlükdən yıxıldı - Samuxda bədbəxt hadisə

Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

Trampdan İslamabadda başlayacaq danışıqlar barədə AÇIQLAMA: Axşam İMZALANACAQ

Qubada QƏZA: Avtomobil ağaca çırpıldı

Qubada QƏZA: Avtomobil ağaca çırpıldı

Milli Məclis İKİ ÖLKƏNİN qərəzli sənədlərini kəskin QINADI

Milli Məclis İKİ ÖLKƏNİN qərəzli sənədlərini kəskin QINADI

Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

İmişli sakini faciəvi şəkildə dünyasını dəyişib

İmişli sakini faciəvi şəkildə dünyasını dəyişib

Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalandı - FOTO

Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalandı - FOTO

Direktorlar üçün test imtahanı keçiriləcək – MÜTDA-nın məlumatı

Direktorlar üçün test imtahanı keçiriləcək – MÜTDA-nın məlumatı

Tramp: İran liderləri ilə görüşə hazıram

Tramp: İran liderləri ilə görüşə hazıram

Azərbaycanlı müğənninin evinə hücum ETDİLƏR - VİDEO

Azərbaycanlı müğənninin evinə hücum ETDİLƏR - VİDEO

ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz

ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz

İçərisindən siçan zəhəri çıxan “Hipp” uşaq qidası Azərbaycana da gətirilib? – AQTA-dan AÇIQLAMA

İçərisindən siçan zəhəri çıxan “Hipp” uşaq qidası Azərbaycana da gətirilib? – AQTA-dan AÇIQLAMA

Şimal-qərb bölgəsi üzrə maksimum bal toplayan şagirdin adı BİLİNDİ

Şimal-qərb bölgəsi üzrə maksimum bal toplayan şagirdin adı BİLİNDİ

Tanınmış jurnalist Babək Göyüşə ağır itki ÜZ VERDİ

Tanınmış jurnalist Babək Göyüşə ağır itki ÜZ VERDİ

İsrail bu hücuma görə ÜZR İSTƏDİ – FOTO

İsrail bu hücuma görə ÜZR İSTƏDİ – FOTO

Prezidentdən "AzerGold"la bağlı FƏRMAN

Prezidentdən "AzerGold"la bağlı FƏRMAN

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası KEÇİRİLDİ - FOTO

Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası KEÇİRİLDİ - FOTO

Ailəsi 32 ildir onun yolunu GÖZLƏYİR...

Ailəsi 32 ildir onun yolunu GÖZLƏYİR...

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi – FƏRMAN

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi – FƏRMAN

"Ailə quracağam və bunu hamıya GÖSTƏRƏCƏYƏM"

"Ailə quracağam və bunu hamıya GÖSTƏRƏCƏYƏM"

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO