Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalandı - FOTO

Laçın rayonunun Zabux, Ağdərə rayonunun Həsənriz kəndlərinin və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb.

Bizim.Media bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
 

Bildirilib ki, tədbirdə Prezidentin Laçındakı Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirliyin Aparatı və tabeliyində olan qurumların məsul şəxsləri, Laçın, Tərtər və Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, kənd sakinləri, fermerlər və sahibkarlar iştirak ediblər.


Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı, Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənən "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçirilir.

Nazir müavini qeyd edib ki, torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd və qəsəbə sakinlərindən müraciətlərin qəbulu prosesi Zabux kəndi üzrə 2025-ci il 25 sentyabr–25 oktyabr, Həsənriz kəndi üzrə 2025-ci il 30 dekabr–2026-cı il 2 fevral və Qırmızı Bazar qəsəbəsi üzrə isə 2026-cı il 13 fevral–13 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb.
 

Ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı Zabux kəndi sakinlərindən 145, Həsənriz kəndi sakinlərindən 139 və Qırmızı Bazar qəsəbəsi sakinlərindən isə 84 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Laçın, Tərtər və Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.


Daxil olan müraciətlər təhlil edilib, təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Nəticədə, müraciətləri təsdiqlənmiş şəxslərdən Zabux kəndi üzrə 62 nəfər tərəfindən 8 kooperativ, Həsənriz kəndi üzrə 37 nəfər tərəfindən 4 və Qırmızı Bazar qəsəbəsi üzrə isə 8 nəfər tərəfindən 2 ailə kəndli təsərrüfatları formalaşdırılıb. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.

Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun və mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara əməl etməyən sakinlərlə bağlanmış icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.
 

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil olunub, fermerlərin Laçın şəhərində keçirilən Aqrar Biznes Festivalında iştirakı təmin edilib.


Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı keçirilən təlimlərdə Zabux, Həsənriz kəndləri və Qırmızı Bazar qəsəbəsi üzrə torpaqların istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb.

Təlimləri uğurla başa vuran kənd sakinlərinə sertifikatlar təqdim olunub. Müqavilə imzalayan bütün fermerlər qeyd edilən təlimləri uğurla başa vurub.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

End of content

No more pages to load

RADİO