Müğənni Aygül Səfərovanın evinə hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb.
O bildirib ki, gündüz saatlarında aralarında azyaşlının da olduğu naməlum şəxslər evinin qapısını dayanmadan döyüb, açmağa çalışıb.
Evdə övladının da olduğunu qeyd edən Aygül ailəsinin narahat olduğunu, sözügedən şəxslərin dəqiqələrlə qapıdan ayrılmadığını bildirib.
O, daha sonra məsələnin polis nəzarətində olduğunu qeyd edib.
Sara, Bizim.Media